“Intertraffic Amsterdam 2024” sərgisində dünyanın aparıcı video-mərkəzli AIoT həlli və xidmət təminatçısı Dahua Technology ilk dəfə olaraq xüsusilə yollarda hərəkət təhlükəsizliyini artırmaq, yol hərəkəti əməliyyatlarını yaxşılaşdırmaq və dayanıqlı şəhər inkişafına töhfə vermək üçün hazırlanmış geniş çeşidli İTS həllərini təqdim etdi.

bina, iç mekan, giyim, kişi, şahıs içeren bir resim Açıklama otomatik olarak oluşturuldu

Tədbir zamanı Dahua Technology ITS Product R&D şirkətinin baş meneceri Wang Jun, “AI gələcəyin nəqliyyatını təmin edir” adlı məruzə ilə çıxış edib. Dahua-nın tətbiqlərinə əsaslanan çıxışında o, AIoT texnologiyalarının yol hərəkəti qaydalarının pozulmasının aşkar edilməsində, tıxacın səbəblərini proqnozlaşdırmaqda, infrastrukturdan istifadənin yaxşılaşdırılmasında və nəqliyyatın istismarı və idarə edilməsində yeni təməllərin qoyulmasında həlledici rolunu vurğuladı.

giyim, takım elbise, adam, insan, kişi, şahıs içeren bir resim Açıklama otomatik olarak oluşturuldu

Şəhər nəqliyyatının artan problemlərini həll etmək üçün rəqəmsal innovasiyalardan istifadə etməyə diqqət yetirən Dahua davamlı olaraq şəhərdaxili parklanma, inteqrasiya olunmuş nəqliyyat idarəçiliyini, işıqfora nəzarəti və digər vacib mövzuları əhatə edən İTS həlləri təşkil etmək üçün Aİ və geniş informasiya bazasına əsaslanan layihələr həyata keçirir. 


Nəqliyyat təhlükəsizliyi təkmilləşdirilir

“Yol təhlükəsizliyi yol hərəkəti qaydasının əsasıdır” devizi ilə fəaliyyət göstərən Dahua, yolda hərəkətə nəzarət etmək, qəzaları aşkar etmək, yol hərəkəti qaydalarına riayət etmək və nəqliyyat axınını optimallaşdırmaq üçün nəzərdə tutulmuş ən müasir sistemlər və həllər təqdim edir. Bu sistemlər yol hərəkəti qaydalarının pozulmasını aşkar edərək, lazımi xəbərdarlıqları göndərməklə yol hərəkəti qaydasını təmin etməklə yanaşı, həm də qəzaların qarşısını almaq üçün riskli davranışlar göstərən sürücüləri real vaxt rejimində təhlükə xəbərdarlığı ilə məlumatlandıraraq sürücülər, piyadalar və bütün hərəkət iştirakçıları üçün daha təhlükəsiz mühit təmin edir.