Videotexnologiyalara əsaslanan ağıllı həllər və xidmətlərin qlobal təchizatçısı olan Dahua Technology, bu yaxınlarda fərdi evlər üçün EACH seriyalı 2 simli hibrid video interkom sistemlərini təqdim etdi. Hazırlanmış EACH seriyası, Dahua-nın qabaqcıl texnoloji yeniliklər və ağıllı ev sistemləri istiqamətində mövcud olan təcrübəsindən faydalanaraq, 2 simli video interkom sistemi üçün genişlənmə, əlçatanlıq, rahatlıq və yüksək dəqiqlikli video konsepsiyasını reallaşdırır.
“Bizim yeni EACH seriyamız yüksək görüntü keyfiyyəti və istifadənin sadəliyi ilə fərqlənir, – Dahua Technology-nin video-interkom məhsulları üzrə meneceri Cek Liu bildirir. – Analoq sistemlərin dəyişdirilməsi vaxt və resurs itkisidir. Dahua sistem inteqratorlarına və son istifadəçilərə texniki baxımdan daha rahat, maddi cəhətdən isə daha büdcəli video interkom həlləri təklif edir.”
Dahua EACH Series 2 simli hibrid video domofon sistemi avtomatik sazlama rejiminə sahibdir. Quraşdırmaq asandır və hətta şəbəkə sahəsində peşəkar biliyi olmayan insanlar da bu avadanlıqları asanlıqla quraşdıra bilərlər. Video görüntü gecikmə və kəsinti olmadan baş verir. Ənənəvi analoq sistemlərdən fərqli olaraq, EACH seriyası daha yüksək keyfiyyətli video rabitə təmin edən geniş və dinamik diapazonlu 2 MP CMOS video kameradan istifadə edir.
Sistem asanlıqla genişləndirilə bilər, videomüşahidə və təhlükəsizlik siqnalizasiya sistemləri ilə inteqrasiyanı dəstəkləyir. Bu o deməkdir ki, keyfiyyət itkisi olmadan ani və etibarlı video ötürülməsini təmin etmək üçün təkcə HDCVI video kameralar deyil, həm də təhlükəsizlik zonalarında baş verə biləcək hər hansı təhlükələr barədə sizi xəbərdar etmək üçün simli təhlükəsizlik siqnalları da qoşula bilər.
Bundan əlavə, EACH seriyası küçədəki zəng panelindən monitora qədər 200 metrlik bir məsafəyə ötürmə diapazonunu dəstəkləyir və istifadəçilərə evin istənilən yerindən sürətli cavab verməyə imkan verir. “Bizim 2 simli hibrid sistemimiz daha böyük ötürmə diapazonu tələb edən layihələr üçün alternativ təqdim edir, çünki ənənəvi İP sistemləri yalnız 100 m-ə qədər ötürmə diapazonunu dəstəkləyir”, – Cek bildirib.
Bundan əlavə, rahat istifadəçi interfeysinə sahib olan kart tipli menyu, məlumatlarıı məntiqli şəkildə təşkil edirək, istifadəçinin onunla daha səmərəli işləməsinə köməklik göstərir. DMSS adlı mobil proqramın köməkliyi ilə istifadəçilər öz evlərinə uzaqdan nəzarət edə, həmçinin, smartfonlarının sensor ekranı vasitəsilə qapını aça və sistemi idarə edə bilərlər.
Dahua 2 simli zəng paneli, 2 simli domofon monitoru, 2 simli injektor və aksessuarlardan ibarət EACH seriyasının tam dəstini təklif edir.
![](https://telcon.az:443/wp-content/uploads/2023/05/20211122100301_19017.png)