ŞİRKƏT HAQQINDA

Təhlükəsizlik tarixçəmizlə tanış olun

Artıq 14-cü ildir ki, Telcon, müştərilərinin təhlükəsizliyinin qeydinə qalır.

Şirkət, təhlükəsizlik və nəzarət avadanlıqlarının birbaşa təchizatı, satışı və quraşdırılmasına fokuslanmaqla, bu sahə üzrə tam ixtisaslaşmışdır.

30-dan çox əməkdaşın çalışdığı peşəkar komandası ilə birlikdə, Telcon, öz diler şəbəkəsi üzərindən Azərbaycanın müxtəlif regionlarında da müştərilərini nəzarətsiz qoymur.

Bu gün Telcon Dahua, İMOU, Eldes, İEK, İTK, Nexconec, Ubiquity kimi brendləri müxtəlif səviyyələrdə təmsil edir.

Şirkətin təqdim etdiyi məhsullar iqtisadiyyatın ictimai təhlükəsizlik, nəqliyyat, pərakəndə, tikinti, enerji, neft-qaz,  otel, bank və maliyyə kimi aparıcı sektorlarında geniş şəkildə tətbiq olunur.

Öz missiyasına sadiq qalaraq, intellektual, sağlam və təhlükəsizlik cəmiyyətin təmin olunması istiqamətində, Telcon hər zaman müştəri yönümlü yanaşmasını qoruyub saxlayacaq.

Şirkətin qurulması

Telcon təsis olunur. İlk fəaliyyəti videomüşahidə sistemlərinin satışı və qurulması xidmətini əhatə edir.

2010

Təchizat əlaqələrinin qurulması

Xarici istehsalçılarla əlaqələr quruldu. Satış magazası açıldı. Mühafizə sistemləri üzrə həllərin hazırlanmasına başlandı və bu istiqamətdə partnyor olaraq Eldes brendi ilə distribyutorluq fəaliyyəti başlandı.

2011-2012

Fəaliyyətin genişləndirilməsi

Dahua Technology ilə rəsmi distribyutorluq müqaviləsi imzalandı və qlobal səviyyəli brend Azərbaycan müştərisinə təqdim olundu. Montaj komandası genişləndirildi və nəqliyyat parkı yaradıldı. Müştərilər üçün maarifləndirici seminarların təşkili prosesi başladı.

2013-2015

Ölkə miqyasında fəaliyyət

İri və strateji layihələrin icrasına başlandı. Satış komandası genişləndirildi və diler şəbəkəsi quruldu. Rəsmi servis mərkəzi açıldı. Avadanlıqların zəmanətli və zəmanətdən kənar təmiri xidmətləri həyata keçirilməyə başlandı.

2015-2018

Yeni istiqamətlər

İTK brendinin eksklüziv distribyutorluğu əldə olundu. Alternativ enerji sistemlərinin qurulması istiqamətində məqsədyönlü fəaliyyət başlandı. IMOU brendinin nümayəndəliyi alındı. Dövlət və iri holding tenderlərində aktiv iştirak dövrü başlandı.

2019-2023

Fəaliyyətimizin maraqlı tərəfləri

  • Xidmətlərimiz sayəsində əmlakınızın təhlükəsizliyini daima nəzarətdə saxlaya biləcəksiniz.
  • Həllərimiz əməkdaşlarınızda nizam-intizam hissini və iş effektivliyini artıracaq.
  • Müasir təhlükəsizlik və nəzarət sistemlərinin tətbiqi, müştəri və partnyorlarınızın biznesinizə olan münasibətini yaxşılaşdıracaq.
  • Təklif etdiyimiz həllərin tətbiqi sizi gözlənilməz və lazımsız xərclərdən xilas edəcək.

Dünyanın aparıcı istehsalçılarını təmsil edirik.

Yalnız keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiq olunmuş avadanlıqları təklif edirik

Bizim həllərimiz;

  • fasiləsiz rejimdə və istənilən şəraitdə istifadə olunur
  • istənilən cihazdan rahat qoşulma və idarəetmə imkanları təqdim edir
  • digər sistemlərlə inteqrasiya oluna bilir

Əl işlərimiz

Gələcəyin təhlükəsizliyini bu gün nümayiş etdiririk

Mühafizəçilərimiz

Sizin üçün səfərbər olmuşuq

Nəzrin Qasımova

Ofis Meneceri

Toğrul Quliyev

Satış Meneceri

Tahir Rəhimov

Baş Mühəndis

Nəzrin Qasımova

Ofis Meneceri

Toğrul Quliyev

Satış Meneceri

Tahir Rəhimov

Baş Mühəndis

Elə indi əlaqə saxlayın

Sizi təhlükəsiz xətdə gözləyirik

Peşəkar məsləhətə ehtiyac var?

Artıq sizi dinləyirik

Mərkəz
Gəncə Filialı
Naxçıvan Filialı