1999-cu ildə Azərbaycanda ilk McDonald's restoranı Fəvvarələr meydanında açıldı və hazırda ölkədə fəaliyyət göstərən restoranların sayı 20-yə çatıb.
McDonald's böyüməkdə və Azərbaycanın yeni şəhərlərinə nüfuz etməkdə davam edir. Bu gün Azərbaycandakı McDonald's restoranlarında 1400-dən çox işçi çalışır.
Müəssisənin səmərəliliyi və məhsuldarlığı, habelə McDonald's restoranlar şəbəkəsinin əməkdaşlarının və müştərilərinin tam təhlükəsizliyi üçün müasir və kompleks videomüşahidə sisteminin qurulması, video məlumatların mövcud nöqtələrdə və ehtiyat nüsxələrdə saxlanmasını təmin etmək lazım idi.
Bu məsələdə McDonald's, Telcon MMC ilə əməkdaşlığa üstünlük verdi.
Əlbəttə ki, layihənin icrası zamanı Dahua brendinin keyfiyyətli və etibarlı avadanlıqlarından istifadə olundu.
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/1u3j3oib7tyvfpj9nua2anwef8wf18kg.jpg)
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/fwrs4tah9zcspr508mk5iru2bvdrfgu2-1024x576.jpg)
Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış ADA Universiteti elmi tədqiqatları inkişaf etdirməklə yanaşı, bakalavriat və magistratura proqramlarını təmin etmək məqsədi daşıyan ali təhsil müəssisəsidir.
Universitetin, tikintisi 2017-ci ildə başlayan yeni korpusunun multimedia otağında tələbələri qabaqcıl və müasir tədris avadanlıqları ilə təmin etmək üçün, 40 m2-lik LED ekranların quraşdırılması tələb olunurdu.
Komandamız Dahua Technology-yə aid PHSA1.6-MH incə pikselli daxili LED ekranlardan ibarət video divarı ADA Universitetinin multimedia otağında qüsursuz şəkildə quraşdıraraq təhvil verdi.
Bu, Azərbaycanda icra olunmuş ilk LED ekran layihəsi idi.
Telcon komandasının həm satışdan öncə, həm də satış sonrası göstərdiyi peşəkar yanaşma müştərinin yüksək məmnuniyyətinə səbəb olmuşdur.
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/0nux6ew89mi923uymnl9szwdjxfkwn35-1024x498.jpg)
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/ti8lrsmwkafz6bn8eibvskat35fsv93c-1024x498.jpg)
Qaradağ Günəş Elektrostansiyası BƏƏ-nin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 230 MVt-lıq regional enerji layihəsidir.
Layihənin məqsədi, ölkəmizin artan enerji tələbatını ödəməklə, enerji ixracı imkanlarımızı genişləndirməkdir.
Belə bir strateji və məsuliyyətli layihədə, sahənin perimetrini izləmək və iş prosesinə nəzarət etmək üçün, "Masdar", Telcon şirkətini seçdi.
Layihə, Bullet WizSense şəbəkə kameralarından və fasiləsiz enerji təchizatını təmin edən monokristal günəş panellərindən istifadə edilməklə həyata keçirilmişdir.
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/photo1678774802-3-768x1024.jpeg)
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/photo1678774802-4-768x1024.jpeg)
1992-ci ildə yaradılmış Soliton mağazalar şəbəkəsi məişət texnikası və elektronikanın satışı, servisi və quraşdırılması ilə məşğuldur. Müxtəlif sahələrdə yüksək ixtisaslı, uzaqgörən və peşəkar əməkdaşların bacarıqları və səyləri nəticəsində Soliton mağazalar şəbəkəsi bu günə qədər müştərilərə yüksək keyfiyyətli xidmət göstərməkdə davam edir.
Qarşımızda, şirkətin təhlükəsizliyini təmin etmək, müştəri və əməkdaşların özlərini inamlı və rahat hiss etmələri üçün, müasir kompleks videomüşahidə, giriş-çıxışa nəzarət sisteminin quraşdırılması ilə bağlı vəzifələr qoyulmuşdu.
Dahua brendinin innovativ texnologiyası və məhsulları sahəsində, bu strateji obyektin mühafizəsi, yüksək səviyyədə təşkil olunmuşdur.
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/IMG_20230116_151245-1024x768.jpg)
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/IMG_20230116_152911-794x1024.jpg)