2008-ci ildən fəaliyyət göstərən Zəfəran apteklər şəbəkəsi, Azərbaycanın tibb sektorunda ən önəmli adlardan biridir. Şəbəkənin, 25 müxtəlif şəhər və rayonda 60-dan çox filialı fəaliyyət göstərir.

Əməkdaşların və ümumilikdə şirkətin təhlükəsizliyini təmin etmək məqsədilə, komandamızın qarşısında,  “Zəfəran” apteklər şəbəkəsinin ölkə üzrə bütün filiallarında videomüşahidə sistemlərinin quraşdırılması vəzifəsi qoyulmuşdu.

Əməliyyat nəzarəti üçün videomüşahidə sistemlərinin istifadəsi yalnız əməkdaşların və müştərilərin deyil, bütövlükdə müəssisənin təhlükəsizliyini artırır.

Bu halda videomüşahidə, müəssisənin ümumi təhlükəsizlik sisteminin elementidir.

Buna görə də, “Zəfəran” apteklər şəbəkəsi layihə tapşırığını səhvsiz və professional səviyyədə həyata keçirmək üçün, Telcon komandasını seçdi.

Koreya Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Kyung Hee Universiteti ilə imzalanmış müqavilə əsasında Koreya Şərq Təbabəti Klinikası 2006-cı ildən etibarən Bakıda fəaliyyətə başlayıb.

Klinikada həm ənənəvi şərq təbabətinin, həm də müasir tibbin bir çox istiqamətləri üzrə xidmət göstərən, peşəkar Koreya-Azərbaycan tibb işçiləri çalışır.

Müştərinin qarşıya qoyduğu vəzifə müasir inteqrasiya olunmuş girişə nəzarət və idarəetmə sisteminin layihələndirilməsi idi.

Müasir girişə nəzarət sistemlərinin həll etməli olduğu əsas vəzifələr bunlardır: personalın hərəkətinə nəzarətin müəyyən edilməsi və təşkili, iş vaxtının uçotu sisteminin yaradılması, işçinin cari zamanda olduğu zonanı dəqiqliklə təyin etmək, müxtəlif sistemlərin, mexanizm və qurğuların uzaqdan idarə edilməsi, nəzarət edilən giriş zonalarından hadisələr haqqında müntəzəm hesabatların alınması, təhlükəsizlik problemlərinin kompleks həlli üçün girişə nəzarət sistemlərinin yanğın siqnalizasiya sistemi ilə inteqrasiyası vasitəsilə obyektin təhlükəsizliyinin təşkili.

Bu layihəni həyata keçirmək üçün “Koreya Şərq Təbabəti Klinikası” “Telcon"-u seçdi.

Videomüşahidə sistemlərinin mövcudluğu sizə qeyri-qanuni hərəkətlərin qarşısını almağa və pis niyyətliləri aşkarlamağa kömək edə bilər. Amma, yanğın hadisələrinə qarşı sığortalanmaq üçün, obyektlərdə yanğın siqnalizasiya sistemlərinin qurulması vacib şərtdir.

Bu sistemlər, partlayıcı maddələrin saxlandığı binalar üçün xüsusilə zəruridir. Buraya səhiyyə, ümumi təhsil və istehsal sənayesindəki binalar daxildir.

Hər hansı bir binanın təhlükəsizliyi, həm də, yanğından mühafizə siqnallarının düzgün quraşdırılmasından asılıdır. Yanlış yerinə yetirilən quraşdırma işləri nəinki yanğının qarşısını almayacaq, hətta əlavə cərimələrə yol açacaq.

Bu layihəni həyata keçirmək üçün, Alman apteki, "Telcon"-u seçdi.

Müasir, inteqrasiya olunmuş videomüşahidə və avtomatik yanğın siqnalizasiya sistemlərinin layihələndirilməsi və icarası zamanı “Dahua Technology” və “Eldes Alarms” brendinin yüksək keyfiyyətli və etibarlı avadanlıqlarından istifadə edilmişdir.

Təhlükəsizlik layihələri

Gələcək layihələrinizi birlikdə düşünək

Bizə yazın

Mühafizənizi biz təmin edək

İdeyanız var ?

Zəng edin, müzakirə edək