ADY ölkənin nəqliyyat sisteminin şah damarıdır. Belə bir strateji infrastrukturun təhlükəsizlik və nəzarət sisteminin Telcon-a həvalə edilməsi böyük qürur və məsuliyyətdir.
Mühəndislərimiz müasir və kompleks videomüşahidə sistemi quraşdırmaqla yanaşı, real zamanda yüksək keyfiyyətli monitorinq imkanları təmin etmişdir.
![](https://telcon.az:443/wp-content/uploads/2023/05/3s7f5q142v874odk87vtomgp6fkvpqou-1024x576.jpg)
![](https://telcon.az:443/wp-content/uploads/2023/05/ffuuzj3c3r29h0tnfkb6v1uf2hy1tyi6.jpg)
Bu gün “Azərpoçt” MMC Azərbaycan Respublikasının yeganə milli poçt operatoru kimi həftə içi hər gün, eləcə də şənbə, bazar və bayram günləri vətəndaşlara xidmət göstərir.
Bu cür strateji obyektin təhlükəsizliyi bir çox insanın birgə səylərini və əhəmiyyətli vəsaitlərin cəlb edilməsini tələb edən mürəkkəb bir işdir.
Əmlakın, əməkdaşların və müştərilərin təhlükəsizliyini təmin etmək, eləcə də bütün iş prosesini məsafədən nəzarətdə saxlamaq məqsədilə, qurumun bütün poçt şöbələrində videomüşahidə sistemlərinin quraşdırılması vəzifəsi yüksək peşəkarlıqla həyata keçirilmişdir.
![](https://telcon.az:443/wp-content/uploads/2023/05/b02yhbj5szbweb49cfgr0d87tun80r7p.jpg)
![](https://telcon.az:443/wp-content/uploads/2023/05/39olbn7265dv9m4tmtpswlrq2pans9ie-1024x768.jpg)
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizin meşə və qoruqlar kimi xüsusi əhəmiyyət daşıyan sərvətlərinin təhlükəsizliyi üçün, Telcon-la əməkdaşlığı seçdi.
Komandamızın qarşısında məsuliyyətli, eyni zamanda müərkkəb tapşırıqlar qoyulmuşdu.
Nəticədə, Şuşanın Daşaltı kəndində, Qəbələ, Oğuz və Balakən rayonlarında yerləşən strateji su hövzələrinə və meşə zolaqlarına davamlı nəzarəti təmin etmək üçün, ekoloji təmiz enerji ilə qidalanan müasir videomüşahidə sistemi quruldu.
![](https://telcon.az:443/wp-content/uploads/2023/05/hp1hgk7gu4mxbq0dqwky53donzmb8qqx-1024x576.jpg)
![](https://telcon.az:443/wp-content/uploads/2023/05/bi9bs8i39lb680r0b7vl5nnhfiph5f2o-1024x576.jpg)
Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan, mərkəzi icra hakimiyyəti orqanıdır.
Telcon-la əməkdaşlığın səbəbi isə hər zamankı kimi, etibarlı və keyfiyyətli xidmət əldə etmək idi.
Çünki, problemin effektiv həlli obyektin istismar xüsusiyyətlərinin təhlili, ən həssas sahələrin və potensial təhlükələrin müəyyən edilməsi, cinayət əməllərinin mümkün ssenarilərinin tərtib edilməsi və onların qarşısının alınması üçün, tədbirlərin işlənib hazırlanması əsasında sistemli yanaşma tələb edirdi.
![](https://telcon.az:443/wp-content/uploads/2023/05/9drmhjtfrxr1lyjqz67kpf5y183m41v0.jpg)
![](https://telcon.az:443/wp-content/uploads/2023/05/rwc49encos8xojl9e7o50bj1z807fjw5.jpg)