2011-ci ildə, 2,5 hektar sahədə qurulan “Azgranata MMC”, Cənubi Qafqazda ən böyük meyvə şirələri istehsalçılarından biridir. Burada, meyvə şirələri, konsentratlar və kompotlarla yanaşı, müxtəlif növ spirtli içkilər də istehsal olunur.
Videomüşahidə sistemləri hər bir müasir müəssisənin təhlükəsizliyinin açarıdır. Bu sistemlər adətən mühafizə, yanğın siqnalizasiyası və girişə nəzarət sistemləri ilə inteqrasiya olunmuş idarəetmə və monitorinq mərkəzinin bazasında yerləşdirilir.
Bu cür məsuliyyətli layihəni həyata keçirmək üçün, "Azgranata MMC", Telcon komandasını seçdi.


Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, Azərbaycanda, beynəlxalq standartlara cavab verən, inteqrasiya olunmuş və beynəlxalq sertifikat almış ilk özəl logistika mərkəzidir. 2018-ci ildən fəaliyyətə başlayan Abşeron Logistika Mərkəzi Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşir.
Qarşıya qoyulmuş vəzifələr, müəssisənin səmərəliliyi və məhsuldarlığı, o cümlədən Abşeron Logistika Mərkəzinin əməkdaşlarının və müştərilərinin tam təhlükəsizliyi üçün, müasir və kompleks videomüşahidə sisteminin qurulmasını, məntəqələrdə və ehtiyat nüsxələrdə videoməlumatların qorunub saxlanmasını təmin etməkdən ibarət idi.
Bu vəzifələri layiqincə icra etmək üçün, Abşeron Logistika Mərkəzi, “Telcon”-u seçdi.


Caspian Marine Services B.V. dənizdə neft-qaz kəşfiyyatı və hasilatı sənayesinə xidmət edən gəmi donanmasını idarə edir. Azərbaycanda öz fəaliyyətinə 2006-cı ildə başlayan CMS-in ofisi Azərbaycanın paytaxtı və əsas gəmiçilik mərkəzi hesab olunan Bakıda yerləşir.
Təhlükəsizliyi təmin etmək məqsədilə, komandamıza, videomüşahidə avadanlıqlarının quraşdırılması və videoməlumatların həm məntəqələrdə, həm də ehtiyat nüsxələrində qorunub saxlanmasını təmin etmək tapşırığı verilmişdir. Heç kimə sirr deyil ki, CCTV avadanlıqları etibarlı təhlükəsizlik vasitələridir.
Bununla belə, düzgün layihələndirmə, təchizat və icra prosesləri üçün, mütəxəssislərdən peşəkar dəstək almalısınız.
Bu məsələlərə həssaslıqla yanaşan Caspian Marine Services, layihənin icrası üçün, komandamızı seçdi.


“SOCAR Polymer” şirkəti 2013-cü ildə Azərbaycanın kimya sənayesinin inkişafının sürətləndirilməsi proqramı çərçivəsində təsis edilmişdir.
Şirkətin istehsal müəssisələri Sumqayıt Kimya Sənaye Parkının (SKİP) ərazisində yerləşən yüksək sıxlıqlı polietilen (HDPE) və polipropilen (PP) zavodlarından ibarətdir.
Müəssisələrin təhlükəsizliyini təmin etmək məqsədilə, müasir və kompleks videomüşahidə sisteminin qurulmasına ehtiyac var idi.
Zavod və fabriklər ölkənin ən mühüm sənaye obyektləridir və onların təhlükəsizliyi prioritet vəzifələrdən hesab olunur. Bir fabrikin və ya böyük sənaye müəssisəsinin təhlükəsizlik sistemlərinin əsas elementi isə videomüşahidədir.
Zavodda videomüşahidə sisteminin mövcudluğu avadanlıqların, istehsal olunan məhsulların, xammalın və komponentlərin təhlükəsizliyini təmin etməyə, habelə, fövqəladə halların qarşısını almağa, eyni zamanda personalın və nəqliyyatın işinə nəzarət etməyə imkan verir.
“SOCAR Polymer” bu cür məsuliyyətli layihənin həyata keçirilməsi üçün, “Telcon”-u seçdi.

