“Ladera resort” Qusar şəhərində yerləşən 4* kurort otelidir.
Otel qonaqlara heyrətamiz xidmətlər göstərir və müştəri məmnuniyyətini ən yüksək səviyyədə saxlamağa çalışır.
Otelin səmərəliliyi və məhsuldarlığı, həmçinin əməkdaşların və müştərilərin tam təhlükəsizliyi üçün müasir və kompleks videomüşahidə sisteminin qurulması, həm nöqtələrdə, həm də ehtiyat nüsxələrdə videoməlumatların qorunub saxlanmasını təmin etmək tapşırığı komandamız tərəfindən uğurla həyata keçirilmişdir.
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/410453366-1024x768.jpg)
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/410450249-1024x682.jpg)
Holiday Inn Baku oteli tədbirlər və işgüzar səfərlər üçün əla məkandır.
O, ümumi tutumu 350 nəfərə qədər olan 6 konfrans zalı və bal zalı da daxil olmaqla, təxminən 1500 m2 istifadə sahəsi təklif edir.
Video nəzarət sistemləri isə getdikcə obyektin infrastrukturunun ayrılmaz bir hissəsinə çevrilir.
Bir otel üçün videomüşahidə sistemi dizayn edərkən, biz yalnız avadanlıqların sayı və onları yerləşdirəcəyimiz nöqtələr haqqında düşünmürük.
Daha vacib məqamlar var ki, onları təmin etmək üçün, həm avdanlıqların alışı, həm də bütün sistemin quraşdırılması zamanı mütəxəssislərlə əlaqə saxlamalısınız.
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/leonardo-2297856-151569212-530586-1024x767.jpg)
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/IMG_20221228_132337-1024x768.jpg)
Öz qonaqpərvərliyi və zəngin mədəniyyəti ilə tanınan şəhərdə, Winter Park Hotel Baku, həm qonaqpərvərliyə, həm də mədəniyyətə münasibətdə qeyri-adi yanaşması ilə seçilir.
Otel 2017-ci ilin mart ayından fəaliyyət göstərməklə, qonaqlarına heyrətamiz xidmətlər təklif edir və eyni zamanda müştəri məmnuniyyətini ən yüksək səviyyədə saxlamağa çalışır.
Otel rəhbərliyinin arzusu ilə, komandamız müasir videomüşahidə sisteminin qurulmasını və məlumatların etibarlı şəkildə qorunub saxlanması üçün infrastrukturun yaradılmasını təmin etdi.
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/Winter-Park-Hotel-Baku-Exterior-1024x682.jpeg)
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/WhatsApp-Image-2023-12-03-at-14.36.25-1024x768.jpeg)