Azərbaycan İnvestisiya Holdinqinin məqsədi, dövlət şirkətlərinin və müəssisələrinin, idarəetmə sistemini və fəaliyyətini təkmilləşdirmək, həmçinin onların iqtisadi səmərəliliyini artırmaqdan ibarətdir.
Qarşımızda, şirkətin təhlükəsizliyini təmin etmək, müştəri və əməkdaşların özlərini inamlı və rahat hiss etmələri üçün, müasir kompleks videomüşahidə, giriş-çıxışa nəzarət sisteminin quraşdırılması ilə bağlı vəzifələr qoyulmuşdu.
Dahua brendinin innovativ texnologiyası və məhsulları sahəsində, bu strateji obyektin mühafizəsi, yüksək səviyyədə təşkil olunmuşdur.
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/9kcwz9nl82z09kmvpxeeydlu5ulc3lsz-1024x768.jpg)
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/axlw09w1wzppepaz22v1f0pga5qr1g5z-768x1024.jpg)
1996-cı ildə yaradılan ASB Bankın ölkə üzrə 7 filialı var. Onlardan 4-ü Bakıda, həmçinin Sumqayıt, Gəncə və İmişli şəhərlərində yerləşir.
Videomüşahidə, hər bir bankın təhlükəsizlik sistemi içərisində ən önəmli elementdir.
Bank, ümumi təhlükəsizliyin təmin edilməsi, həm ziyarətçilər, həm də bank işçiləri tərəfindən qanunsuz hərəkətlərin vaxtında qarşısının alınması, texnoloji proseslərə nəzarət və işlərin optimallaşdırılması məqsədilə innovativ təhlükəsizlik sisteminin qurulması layihəsini Telcon MMC-yə həvalə etdi.
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/i97uk6uef3be7e43jyth3iiiax0aod6f.jpg)
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/0519t7si1vh3f50v96v6bcgd14z0putm.jpg)
2008-ci ildən fəaliyyətə başlayan AFB Bank ASC öz müştərilərinə bütün növ bank xidmətləri göstərir. Müştərilərinin rahatlığını düşünən AFB Bank, uzaqdan idarəetmə üçün İnternet bankçılıq xidməti də təklif edir.
Bu gün, belə böyük bir maliyyə təşkilatını mərkəzləşdirilmiş videomüşahidə sistemi və nəzarət-kassa aparatları olmadan təsəvvür etmək mümkün deyil. Əsas fəaliyyətlərindən biri vətəndaşların əmanətlərinin təhlükəsizliyini təmin etmək olan banklar üçün, belə sistemlərin mövcudluğu çox vacibdir.
Videomüşahidə və giriş-çıxışa nəzarət sistemlərinin quraşdırılması, əməkdaşların işlərini optimallaşdırmağa, sadiq müştərilər qazanmağa və ümumilikdə biznesin inkişafına kömək etməklə yanaşı, əmlakın təhlükəsizliyinə də zəmanət verir.
B strateji missiyanı AFB Bank, Telcon komandasına etibar etdi.
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/viq9ycqd99pig62zzvhuphegepl9csk7.jpg)
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/5amurrmjn7vx7sl6s8kospx8bqzuozg1.png)
Unibank 1992-ci ildə Azərbaycanda yaradılmış ən iri özəl banklardan biridir.
Bu gün banklarda tətbiq olunan videomüşahidə və girişə nəzarət sistemləri yalnız təhlükəsizlik məqsədi daşımır, həm də faydalı biznes alətləri kimi tətbiq olunurlar.
Maliyyə və kredit təşkilatlarında CCTV avadanlıqları sözün əsl mənasında obyektin hər yerində quraşdırılır: bankomatlar, kassalar, qəbul məntəqələri, mütəxəssislərin iş yerləri, anbarlar, giriş qapıları, parklanma sahəsinin perimetri boyunca və s.
Bu yanaşma maliyyə resurslarının toxunulmaz saxlanılmasına, obyektdə saxtakarlıq və cinayət hallarının minimuma endirilməsinə yönəlib.
Dahua Technology-yə aid inteqrasiya həllərinin üstünlüyü də, onun çoxşaxəli olması və fərqli sənaye sahələrində istifadə oluna bilməsidir. Təhlükəsizlik konsepsiyasını hazırlayarkən komandamız, müştərilərin və bank əməkdaşlarının özlərini inamlı və rahat hiss etmələri üçün, bütün amilləri nəzərə alırlar.
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/6zd31rxdv4e91bp7kthyo26psctvu4cg.jpg)
![](https://telcon.az:443/wp-content/uploads/2023/04/deposit-rahat.jpg)