Artıq 14-cü ildir ki, Telcon, müştərilərinin təhlükəsizliyinin qeydinə qalır.
Şirkət, təhlükəsizlik və nəzarət avadanlıqlarının birbaşa təchizatı, satışı və quraşdırılmasına fokuslanmaqla, bu sahə üzrə tam ixtisaslaşmışdır.
30-dan çox əməkdaşın çalışdığı peşəkar komandası ilə birlikdə, Telcon, öz diler şəbəkəsi üzərindən Azərbaycanın müxtəlif regionlarında da müştərilərini nəzarətsiz qoymur.
Bu gün Telcon Dahua, İMOU, Eldes, İEK, İTK, Nexconec, Ubiquity kimi brendləri müxtəlif səviyyələrdə təmsil edir.
Şirkətin təqdim etdiyi məhsullar iqtisadiyyatın ictimai təhlükəsizlik, nəqliyyat, pərakəndə, tikinti, enerji, neft-qaz, otel, bank və maliyyə kimi aparıcı sektorlarında geniş şəkildə tətbiq olunur.
Öz missiyasına sadiq qalaraq, intellektual, sağlam və təhlükəsizlik cəmiyyətin təmin olunması istiqamətində, Telcon hər zaman müştəri yönümlü yanaşmasını qoruyub saxlayacaq.

Telcon təsis olunur. İlk fəaliyyəti videomüşahidə sistemlərinin satışı və qurulması xidmətini əhatə edir.

Xarici istehsalçılarla əlaqələr quruldu. Satış magazası açıldı. Mühafizə sistemləri üzrə həllərin hazırlanmasına başlandı və bu istiqamətdə partnyor olaraq Eldes brendi ilə distribyutorluq fəaliyyəti başlandı.

Dahua Technology ilə rəsmi distribyutorluq müqaviləsi imzalandı və qlobal səviyyəli brend Azərbaycan müştərisinə təqdim olundu. Montaj komandası genişləndirildi və nəqliyyat parkı yaradıldı. Müştərilər üçün maarifləndirici seminarların təşkili prosesi başladı.

İri və strateji layihələrin icrasına başlandı. Satış komandası genişləndirildi və diler şəbəkəsi quruldu. Rəsmi servis mərkəzi açıldı. Avadanlıqların zəmanətli və zəmanətdən kənar təmiri xidmətləri həyata keçirilməyə başlandı.

İTK brendinin eksklüziv distribyutorluğu əldə olundu. Alternativ enerji sistemlərinin qurulması istiqamətində məqsədyönlü fəaliyyət başlandı. IMOU brendinin nümayəndəliyi alındı. Dövlət və iri holding tenderlərində aktiv iştirak dövrü başlandı.
Dünyanın aparıcı istehsalçılarını təmsil edirik.
Yalnız keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiq olunmuş avadanlıqları təklif edirik
Bizim həllərimiz;
Ofis Meneceri
(+994) 99 310 55 00
nezrin@telcon.az
Satış Meneceri
(+994) 55 900 82 78
togrul@telcon.az
Baş Mühəndis
(+994) 55 900 82 74
tahir@telcon.az